Avrozonunın vahid valyutası son iki ay ərzində dollardan fərqli olaraq manata qarşı daha çox möhkəmlənib.
Banker.az-ın araşdırmasına görə, EUR/AZN cütlüyünün məzənnəsi 2 fevral tarixindən bu tərəfə ilk dəfə maksimuma yüksələrək 1,9984 səviyyəsində müəyyən olundu. Ümumiyyətlə, ötən ayın son iki həftəsindən başlayaraq Azərbaycanda ən yaxşı performans göstərən avro/manat cütlüyü olub. Belə ki, iyun ayının 23-də 1.8999 manat olan avro, bu gün 10 qəpiyə qədər bahalaşaraq 1,9984 səviyyəsinə qalxmışdı.
Azərbaycan banklarında da, avro yenidən ilin ilk rübündə olduğu kimi 2 manata satılır. Hazırda kommersiya bankarının 19-u EUR/AZN satış məzənnəsini 2,00 səviyyəsindən yüksəkdə ticarət edirlər. Görünən odur ki, banklar tərəfindən dolların alışına da maraq var. Belə ki, iki bank, “Amrahbank” və “Günaybank” (saat 14:30 radələrinə olan araşdırmaya görə) avronun alış qiymətini rəsmi məzənnəsi qiymətinə qədər bahalaşdırıblar. Bundan əlavə 6 bank 1,9700 manatdan da baha alır.
Ümumiyyətlə, avro qlobal bazarda son həftəni yüksəlişlə keçirdib. Belə ki, adıçəkilən valyuta əsas rəqibi olan ABŞ dolları qarşısında 30 ayın maksimumuna yükəlmişdi. Avro/dollar cütlüyünün məzənnəsi enərək, 1,1777 USD/EUR səviyyəsinə çatmışdı.



