Dünyaca məşhur elektro-avtomobil brendi “Tesla”nın sayı 2024-ci ildə kəskin artıb.
Banker.az xəbər verir ki, 1 yanvar 2025-ci il tarixinə qeydiyyatda olan “Tesla”nın sayı 535 ədəd olub.
Bu, bir il öncə 244 ədəd idi. Beləliklə, illik müqayisədə 291 ədəd və ya 119% artıb.
Qeyd edək ki, indiyə qədər “Tesla”nın Azərbaycanda “Cybertruck”, “Model 3”, “Model S”, “Model X” və “Model Y” modelləri satılıb.