24 C
Baku
Friday, September 26, 2025

Azərbaycanda son illərdə ən çox işəgötürmə və ixtisar hansı sektorlarda gedib? – SİYAHI

2025-ci ilin göstəricilərinə əsasən Azərbaycanda əmək bazarında işə qəbul edilənlərin sayı 534,8 min nəfərə qədər yüksəlib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,

Belə ki, 2023-cü ildə ölkə üzrə ümumilikdə 458,1 min nəfər işə qəbul edilib, 462,6 min nəfər isə işdən ayrılıb., işdən çıxanların sayı isə 499,8 min nəfərə enib. Beləliklə, ötən il ilə müqayisədə işə qəbul 16,7 faiz artıb, işdən çıxanların sayı isə 6,4 faiz azalıb.

Sahələr üzrə statistikaya əsasən ən çox işə götürmə tikinti sektorunda baş verib. 2023-cü ildə bu sahədə 88,9 min nəfər işə qəbul edildiyi halda, 2024-cü ildə rəqəm 104,4 min nəfərə çatıb. İkinci yerdə ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi gəlir – burada işə qəbul göstəricisi 91,0 mindən 106,5 minə yüksəlib. Turizm və ictimai iaşə sektorunda da artım qeydə alınıb – 26,3 mindən 31,9 minə qədər.

İşdən çıxmalara gəldikdə isə, 2023-cü ildə ən çox azad edilmə 100,1 min nəfər tikinti sahəsində qeydə alınmışdı. 2024-cü ildə isə bu sahədə işdən çıxanların sayı cüzi artsa da 101,2 min nəfər olub. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində isə əksinə, işdən çıxma göstəricisi azalıb – 92,0 mindən 90,5 minə düşüb.

2023-cü ildə ümumilikdə 7,8 min nəfər ştat azaldılması (ixtisar) nəticəsində işini itirmişdisə, 2024-cü ildə bu göstərici əhəmiyyətli dərəcədə artaraq 11,2 min nəfərə çatıb.

Ən çox ixtisar su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində qeydə alınıb – burada 2023-cü ildə cəmi 42 nəfər ixtisara düşmüşkən, 2024-cü ildə bu rəqəm kəskin artaraq 3 mindən çox olub. Peşə, elmi və texniki fəaliyyət sahəsində də artım müşahidə olunub – ixtisarlar 445 nəfərdən 922 nəfərə yüksəlib. Əksinə, emal sənayesində, maliyyə və sığorta fəaliyyətində, eləcə də tikinti sektorunda ixtisarların sayı əvvəlki ilə nisbətən azalıb.

767676

Son xəbərlər
Digər xəbərlər