Azərbaycanda sosial müavinət və təqaüd alanların sayı 881 mini keçib

2026-cı ilin iyun ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 881 min 295 nəfərə çatıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə təxminən 1,9% və ya 16,3 min nəfər çoxdur.

Banker.az bunu Dövlət Sosial Müdafiə Fondunaun operativ məlumatlarına istinadən xəbər verir ki, ümumi benefisiarların 476 min 224 nəfəri aylıq sosial müavinət, 405 min 71 nəfəri isə təqaüd alıb.

İllik müqayisədə aylıq sosial müavinət alanların sayı 3,1% artaraq 462 mindən çox nəfərdən 476 min 224 nəfərə yüksəlib. Təqaüd alanların sayı isə 0,5% artaraq 403 mindən çox nəfərdən 405 071 nəfərə çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər