2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 4.6 mlrd. manatı ötüb

2023-cü ilin yanvar-noyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,6 milyard manatdan çox olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9% və ya 565,2 milyon manat artıb.

Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Hesabat dövründə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15.8% artaraq 3 milyard manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 15,2 faiz artaraq 163,6 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 16,4 faiz artaraq 121,2 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,8% artıb və 842 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17% artaraq 593,3 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər