2018-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 39% artaraq 4,8 milyard manat təşkil edib.
Bu barədə nazirliyin açıqladığı 3 illik hesabata istinadən xəbər verilir.
Sənədə əsasən, hesabat dövründə ölkədə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 70% artaraq 3,6 milyard manata çatıb. Artım dövlət sektorunda 84%, özəl sektorda isə 63% olub.
3 il ərzində dövlət büdcəsindən Fonda transfertlər isə 10% azalaraq 1,2 milyard manata düşüb.