Cari ilin 6 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 mlrd. 225 milyon 624.2 min ₼, işsizlikdən sığorta üzrə daxilolmalar isə 77 milyon 35.8 min ₼ olub.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 111.9% və 117.9% təşkil edib.