18 C
Baku
Sunday, September 8, 2024

Azərbaycanda spirtli içki istehsalçısı ləğv olunur

Azərbaycanda spirtli içkilər istehsalçısı “Azalko” MMC ləğv olunduğunu elan edir.

Banker.az xəbər verir ki, bu barədə şirkətin elanında qeyd edilir.

“Kreditorlar iki ay ərzində tələblərini 1065 Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, ev 21, mənzil 43 ünvanına bildirə bilərlər” – deyə, elanda qeyd edilir.

Xatırladaq ki, “Azalko” MMC 2012-ci ildə təsis edilib. Şirkətin 200 manat nizamnamə kapitalı var. Şirkətin qanuni təmsilçisi Mənuçehr Əhədpur Xangah Əli oğludur.

Son xəbərlər
Digər xəbərlər