Azərbaycanda spirtli içkilərin istehsal istiqamətləri 2023-cü ildə artan istiqamətlə hərəkət edir və ölkə əhalisi bu içkilər üzrə xərcini də artırmaqdadır.
Banker.az xəbər verir ki, 2023-cü ildə ölkə ərazisində araq istehsalı 13.4% illik artım nümayiş etdirməklə 1.41 mln. deka litr təşkil edib.
1 deka litr =10 litr
Pivə istehsalı 12.4% artaraq 5.26 mln. dkl, üzüm şərabı 34.9% artaraq 1.27 mln. dkl, konyak və viski birlikdə 3 dəfədən çox artaraq 310.46 min dkl təşkil edib.
Ölkə əhalisi 2023-cü ildə pivəyə 45.1 mln. manat (illik: +1.4%) xərc çəkdikləri halda, arağa 132.25 mln. manat (+20.9%), şəraba 17.71 mln. manat (+38.5%) xərcləyiblər.