Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startap-layihələrin inkişafına kreditlərin alınması üçün müraciət formasını avtomatlaşdıracaq. Bu barədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan məlumat verilib.
Fond bu məqsədlə proqram təminatı almağı planlaşdırır.
“E-kredit” proqram təminatı fondun rəsmi resursuna (ictfund.gov.az) daxil ediləcək. “E-kredit” artıq fəaliyyət göstərən “E-Qrant” proqram təminatı prinsipi əsasında işləyəcək.
Xatırladaq ki, “E-Qrant” qrant maliyyələşməsi üçün startap-layihələrin qeydiyyat imkanını nəzərdə tutur.
Trend