“Azərbaycanda dövlət tərəfindən startapların fəaliyyətini stimullaşdırmaq məqsədilə vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub”.
Bunu Bakıda keçirilən 1-ci Gənc Sahibkarlar Forumunda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda meyarların təsdiq edilməsi gözlənilir: “Hesab edirik ki, bu mexanizm işə düşdükdən sonra sözügedən dəstək tədbirindən istifadə edənlərin sayı artacaq”.
©APA