8 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” qəbul olunacaq

Azərbaycanda yaxın günlərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın qəbul olunacağı gözlənilir.

Banker.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.

Onun sözlərinə görə, strategiya 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər