2021-ci ildə Azərbaycanda 262 min fermer payızlıq əkinlərinə subsidiya almaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib ki, bu da 2020-ci illə müqayisədə 1,55% çoxdur.
Bnu nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Fərid Rəhimli bildirib.
Onun sözlərinə görə, ötən il əkin bəyanı edimiş sahələr də əvvəlki ilə nisbətən 3,3% artaraq 874 min hektara çatıb.
F.Rəhimli qeyd edib ki, 2020-ci ildə əkin bəyanlarının qəbulu ilə bağlı işlər 2020-ci illə müqayisədə tez yekunlaşıb: “Bu da maarifləndirmənin nəticəsidir. Keçən il fevral-mart aylarında da payızlıq əkinlər üçün bəyanlar qəbul edirdik. Bu il isə fermerlərlə davamlı işlər nəticəsində dekabrda prosesi uğurla tamamlamışıq”.