Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır.
Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva mətbuat konfransında bildirib.
“Vahid Məhkəmə Sistemindən istifadə etmək istəyən vətəndaşlar əvvəlcə sistemə daxil olmalı, bir sıra sualları cavablandırmalıdırlar. Cavablar əsasında vətəndaşlar məhkəmə qərarının nəticəsi ilə bağlı ehtimalı öyrənə bilərlər. Bu, vətəndaşlara məhkəməyə müraciət edib-etməməklə bağlı yardımçı olacaq. Həmçinin hakimlər də yeni sistemdən yararlana bilərlər. Hazırda Vahid Məhkəmə Sistemi test rejimində fəaliyyət göstərir və 2023-cü ilin yanvarında istifadəyə verilməsi nəzərdə tutulub. Bu sahədə Ali Məhkəmə ilə birlikdə fəaliyyət göstərilir və sistemin yaradılmasında 50 minə yaxın sənəddən istifadə edilib”, – deyə İ.Vəliyeva bildirib.