10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda süni qiymət artımına qarşı mübarizə qanunla tənzimlənə bilər

“Haqsız rəqabət haqqında” Qanununa “süni qiymət artımı” anlayışın daxil edilməsi və onunla effektiv mübarizə yollarını təkmilləşdirmək məqsədilə əlavələrin olması planlaşdırılır.

Bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, son zamanlar bazarda qitmətlərin artımı, inflyasiya tempi narahatedicidir: “Qiymət artımı obyektiv səbəblərdən yaransa da, bəzi hallarda bu şəraitdən bəhrələnmək istəyən fütsətcillər də var. Onların yaratdığı süni qiymət artımı ilə mübarizə məqsədilə icra orqanları müvafiq tədbirlət görürlər. Amma bununla yanaşı qeyd etmək lazımdır ki, bizim iqtisadi qanuncericilik aktlarımızda “süni qiymət” anlayışına onun tam mahiyyətini aça biləcək, bazar iqtisadiyyatı şəraitində onunla mübarizə yollarını tam müəyyən edə biləcək şəkildə rast gəlinmir. Bu baxımdan, “Haqsız rəqabət haqqında” qanunu təhlil edərək, qanuna “süni qiymət artımı” anlayışın daxil etmək və onunla effektiv mübarizə yollarını təkmilləşdirmək məqsədilə əlavələrin olmasını istisna etmirik”.

T. Mirkişili bildirib ki, bu istiqamətdə İqtisadi siyasət komitəsində təhlillərə artıq başlanılıb.

Xatırladaq ki, Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci il yaz sessiyası üçün iş planına “Haqsız rəqabət haqqında” qanunun təkmilləşdirilməsi daxil edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər