Banker.az-ın əldə etdiyi məlumatlara əsasən, Azərbaycanın böyük və kiçik marketlərində bir çox marka siqaretlər satışdan çıxarılıb. Mağazalar bunu, firmaların mal ilə təmin etməməsi ilə izah edirlər. Banker.az-ın fikrincə, firmalar süni olaraq siqaret defisiti yaradaraq, onun yeni qiymət artımını hansısa formada müştəri tərəfindən etirazının qarşısını almaq fikrindədirlər. Hələki istehsalçılar tərəfindən rəsmi açıqlama vermilməmişdir.