Azərbaycanda avtomobil üçün sürtük yağları istehsal edən “ALCO” MMC şirkətinə əlavə 8 milyon manat üzərində maya qoyulub.
Banker.az xəbər verir ki, Sumqayıt Kimya Sənayesi Parkının rezidentinin nizamnamə kapitalı 10 010 manatdan 8 214 274 manata qaldırılıb.
Bu da kapitalın 8 204 264 manata qədər əlavə kapital qoyuluşudur.
Xatırladaq ki, şirkət 2016-cı ildə yaradılıb. Yaradılarkən adı “Alco Lubricant Company” MMC idi.
“ALCO” MMC tərəfindən ilk dəfə olaraq Rumıniya, Çexiya, Latviya, Litva və İordaniyaya sürtkü yağları ixrac edir.