6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda sürücülər kağız polisindən azad olunacaq

Yaxın iki il ərzində Azərbaycanın İcbari Sığorta Bürosu (ISB) avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) polislərinin onlayn satışının inkişafına xüsusi diqqət ayırmağı planlaşdırır.

Bunu bu gün Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AİİF-2015) çıxışı zamanı ISB-nin direktoru Elxan Quliyev deyib.

O bildirib ki, elektron polislərin tətbiq edilməsi kağız polislərin istifadəsinin azalmasına imkan yaradacaq.

Bundan başqa, E.Quliyev tətbiq ediləcək başqa dəyişikliklərdən də danışıb:

“Yaxın iki il ərzində “Audatex” proqram təminatından istifadə etməyə, yol qəzaları zamanı ziyanın qiymətləndirilməsi ilə bağlı vahid sistemin, telematik texnologiyaların, ISB-nin informasiya sisteminin Dövlət Avtomobil Reyestrinə inteqrasiyasının, elektron imza və ya Büronun sistemində “ASAN İmza” mobil rəqəmsal imzasının, sığorta hallarının birbaşa nizamlanma prinsipinin tətbiq edilməsinə, AVSMMİS-in tənzimlənməsi ilə bağlı qanunverici layihədə dəyişikliklərin daxil edilməsinə, sığorta məbləğinin artırılmasına başlamağı planlaşdırırıq”.

Büro direktorunun sözlərinə görə, həmçinin bir aydan sonra smartfonlar üçün proqram təminatının işə salınması planlaşdırılır.

Trend

Son xəbərlər
Digər xəbərlər