Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Glassica” QSC-nin direktoru dəyişib.
Banker.az xəbər verir ki, Sadik Musayev Musa oğlu QSC-nin direktoru təyin edilib.
Buna qədər bu vəzifədə Eldar Kazımov Sultan oğlu idi.
Xatırladaq ki, şüşə tara məhsullarının istehsalı müəssisəsi olan “Glassica” QSC-nin ümumi investisiya dəyəri 20 milyon manatdan çoxdur. “Glassica” QSC tərəfindən ilk dəfə olaraq Rumıniya və Moldovaya 250 min ədəddən çox butulka ixrac edilib. Bu həm də ölkəmizdən Avropaya ilk butulka ixracı olub.