-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda suyun qiyməti bahalaşır?

“Azərsu” ASC-nin ötən ili böyük həcmdə zərərlə başa vurması vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, əhali həmin zərərin aradan qaldırılması üçün yenidən qiymət artımına gediləcəyini düşünür.

Əslində zərərin yaranma səbəbi nə ilə bağlıdır və qiymət artımına gediləcəkmi?

Məsələ ilə bağlı “Azərsu”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, baş vermiş ziyanın əsasını amortizasiya ayırmaları, yəni əsas vəsaitlərin köhnəlməsi təşkil edir:

“Amartizasiya xərclərini nəzərə almasaq, gəlirlər xərcləri tam bağlayır. Tariflərə isə dəyişiklik gözlənilmir”.

Xatırladaq ki, Azərsu” ASC 2021-ci ildəki zərəri daha da böyüməklə yarım milyard manatı ötüb. İllik zərər isə 552 mln. manatı ötüb.

https://banker.az/su-qiym%c9%99tl%c9%99rinin-iki-d%c9%99f%c9%99-artirilmasi-da-az%c9%99rsunu-z%c9%99r%c9%99rd%c9%99n-xilas-etm%c9%99di-yigilmis-z%c9%99r%c9%99r-8-mlrd-manata-catdi/

MənbəBaku.WS
Son xəbərlər
Digər xəbərlər