8 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda təbii qaz istehsalı artıb, xam neft istehsalı cüzi azalıb

Azərbaycanda 2021-ci ilin yanvar-noyabr aylarında 31.61 mln. ton xam neft (qaz kondensatı daxil olmaqla), 39.7 milyard kub metr təbii qaz istehsal edilib. Əmtəəlik xam neft hasilatı 31.6 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 29.4 milyard kub metr təşkil edib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə xam neft istehsalı 0.2% azalıb, təbii qaz istehsalı isə 17.8% artıb. Analoji müqayisədə əmtəəlik neft hasilatı eyni səviyyədə qalıb, əmtəəlik qaz hasilatında isə 23%-lik artım müşahidə olunur.

Komitədən bildirilir ki, 01.12.2021-ci il vəziyyətinə xam neft (qaz kondensatı daxil olmaqla) ehtiyatı 221.3 min ton təşkil edir.

Son xəbərlər
Digər xəbərlər