Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən təhsillə bağlı ayırmalar 15,939 milyon manat və yaxud 0,4 % azaldılaraq 4 milyard 423,103 milyon manatdan 4 milyard 407,164 milyon manata endirilir.
Banker.az xəbər verir ki, bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, məktəbəqədər təhsil xərclərinin dəyişdirilməyərək 404,836 milyon manat, ümumi təhsil xərclərinin dəyişdirilməyərək 2 milyard 099,098 milyon manat, peşə təhsili xərclərinin dəyişdirilməyərək 64,168 milyon manat, orta ixtisas təhsili xərclərinin dəyişdirilməyərək 86,714 milyon manat, ali təhsil xərclərinin dəyişdirilməyərək 70,606 milyon manat, əlavə təhsil xərclərinin dəyişdirilməyərək 11,84 milyon manat, təhsildə tətbiqi tədqiqat xərclərinin dəyişdirilməyərək 6,887 milyon manat saxlanılması, təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclərin isə 15,939 milyon manat və yaxud 0,9 % azaldılaraq 1 milyard 678,95 milyon manatdan 1 milyard 663,011 milyon manata endirilməsi nəzərdə tutulub.