11 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda təmassız ödəniş qəbul edən POS-terminalların payı 95%-i keçib

Azərbaycanda təmassız (wireless) ödənişləri qəbul edən POS-teminalların payı 95%-i keçib, bu ilin əvvəlində 87% idi.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin ilk 10 ayı üzrə statistik bülleteninə istinadən xəbər verir.

Belə ki, 1 noyabr 2023-cü il tarixinə ölkədə 82 615 ədəd POS-terminal olub ki, bunun da 78 803 ədədi təmassız ödənişi qəbul edənlərdir.

Təmassız ödənişi qəbul edən POS-terminalların sayı ilin əvvəlində 69 599 ədəd idi və bu da ilin ilk 10 ayında 13 faiz artımdır.

Bu ödəniş vasitələrinin 79 852 ədədi pərakəndə ticarətdə istifadə edilir.

POS-terminalların sayı
Cəmi o cümlədən: təmassız ödənişləri qəbul edən 
CƏMİ            82,615   78,803
Bakı iqtisadi rayonu            55,617   53,699
Naxçıvan iqtisadi rayonu              2,065     1,500
Abşeron-Xızı iqtisadi rayonu              5,012     4,772
Dağlıq Şirvan iqtisadi rayonu              1,245     1,196
Gəncə-Daşkəsən iqtisadi rayonu              3,161     3,007
Qarabağ iqtisadi rayonu              1,623     1,546
Qazax-Tovuz iqtisadi rayonu              1,776     1,677
Quba-Xaçmaz iqtisadi rayonu              2,519     2,382
Lənkəran-Astara iqtisadi rayonu              2,199     2,113
Mərkəzi Aran iqtisadi rayonu              2,306     2,220
Mil-Muğan iqtisadi rayonu              1,046        975
Şəki-Zaqatala iqtisadi rayonu              2,565     2,418
Şərqi Zəngəzur  iqtisadi rayonu                   53          40
Şirvan-Salyan iqtisadi rayonu              1,428     1,258
Son xəbərlər
Digər xəbərlər