Bu ay ən çox bahalaşma tərəvəzlərdə müşahidə olunub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin oktyabr ayı üzrə tərəvəzlərdə 14.3% bahalaşma olub.
Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma pomidorun, xiyarın, badımcanın, bibərin, kələmin, kartofun, soğanın, sarımsağın və yerkökünün payına düşür.
Qeyd edək ki, keçən ilin eyni dövründə də tərəvəz ən çox bahalaşan məhsul olub. Belə ki, tərəvəz 2020-ci ilin oktyabrında 3.7% bahalaşıb.