12 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda tərəvəz istehsalı 1,8%, tərəvəz ixracının dəyəri 1,2% artıb

2024-cü ildə respublikada tərəvəz məhsullarının istehsalında artım qeydə alınıb. 

Banker.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yanvar-oktyabr ayları ərzində təsərrüfatlarda 1,785.6 min ton tərəvəz istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8% çoxdur.

Məhsul istehsalının artması ölkədən tərəvəz ixracının həcminin də artmasına müsbət təsir göstərib. 2024-cü ilin 10 ayı ərzində Azərbaycandan xarici bazarlara 175,2 milyon dollar dəyərində tərəvəz ixrac olunub.

Yanvar-oktyabr aylarında xarici bazarlara ixracatın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çox olub.

Son xəbərlər
Digər xəbərlər