7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda təyyarə ilə sərnişin daşımalar və ondan gəlirlər yüksəlib

Azərbaycanda təyyarə ilə sərnişin daşımaların həcmi və ondan əldə olunan gəlirlərin həcmi artıb.

Banker.az xəbər verir ki, 2024-cü ilin birinci rübündə təyyarə ilə 812.1 min sərnişin daşınıb və bu da 2023-cü ildə qeydə alınmış 539 min nəfər göstəricini 51 faiz üstələmiş olub.

Artıma əsas səbəb beynəlxalq reyslər üzrə sərnişindaşımanın illik 69 faiz artımıdır. Belə ki, 2023-cü ilin ilk rübündə beynəlxalq reyslər üzrə 393.1 min sərnişin daşındığı halda, 2024-cü ilin analoji dövründə bu rəqəm 663.8 min olub.

Sərnişin daşımalarda sayın yüksək artım tempinə rəğmən, bu reyslərdən əldə olunan gəlir daha az yüksəlib. Məsələn, 2023-cü ilin ilk rübündə 284.78 milyon manat gəlir cari ilin eyni dövründə 397.42 manata yüksəlib. Dövlət Statistika Komitəsinə görə, bu da illik cəmi 39.6 faiz artımdır. Bunun da 386.37 mln. manatı beynəlxalq reyslərdən daxil olub.

Son xəbərlər
Digər xəbərlər