2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda təyyarə ilə yükdaşınmalardan gəlir 2 mlrd. manata çatıb – Qiymətlər bahalaşıb

Cari ildə Azərbaycanda təyyarə ilə yükdaşımalardan hər tona düşən gəlir kəskin artıb.

Bu barədə Banker.az rəsmi statistik rəqəmlərə istinadən xəbər verir.

2022-ci ilin ilk yarısında Azərbaycanın hava gəmiləri 245.6 min ton həcmində yük daşıyıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8 faizlik artım deməkdir. Yükdaşımaların 244.1 min tonu beynəlxalq reyslər üzərində gerçəkləşib.

Hesabat dövrü ərzində 1 531.9 milyon ton-km hava yüklərinin dövriyyəsi təşkil edib.

Diqqət çəkən əsas məqam isə hava yükdaşımalardan gəlirin 41.4% artmasıdır. Hesabat müddəti ərzində 1 milyard 893.68 mln. manatlıq ($1 mlrd. 113.93 mln.) gəlir əldə edilib.

“Silk Way Holding” MMC-nin törəmə aviaşirkəti “Silk Vey Vest Aviaşirkəti” MMC yaxın günlərdə maliyyə hesabatını açıqladı. Audit hesabatında qeyd edilir ki, təkcə “Silk Vey Vest Aviaşirkəti” 2022-ci ilin ilk yarısında 1 milyard 784.96 milyon manatlıq gəlir əldə edib. O zaman belə görünür ki, ölkədə yükdaşımalarının 94%-i “Silk Way Holding”in “qərb qanadı” tərəfindən daşınıb.

Qlobal miqyasda təyyarə ilə yükdaşımalar bir qədər bahalaşıb. Buna da səbəb kimi enerji daşıyıcılarının “kəllə-çarxa” qalxması və bərpa olunan iqtisadiyyatlar fonunda ona yaranan tələblərin yüksəlməsidir. Bu da öz növbəsində təyyarələr üçün xidmətin maya dəyərini artırdığı üçün onlar artıma gediblər.

Azərbaycanda da təyyarələr yükərin hər tonunda ortalama 7 710 manat cari ildə gəlir əldə ediblər. Məsələn, bu 2021-ci ilin eyni dövründə hər tonun daşınmasına düşən gəlir 5 877 manat idi.

 

Son xəbərlər
Digər xəbərlər