6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda təyyarədəki sərnişinlərlə bağlı məlumatı təqdim etməyən şirkətlər cəzalanacaq

Azərbaycanda təyyarədəki sərnişinlərlə bağlı məlumatı təqdim etməyən şirkətlər cəzalanacaq.

Report Agentliyi xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 295-ci (Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması) maddəsinə iki yeni bənd əlavə edilir.

Əlavədə qeyd olunur ki, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və tərk edəcək hava gəmisinin sərnişinlərinə dair nəzərdə tutulan məlumatların biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 1 500 məbləğində, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir.

Bundan başqa, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və tərk edəcək hava gəmisi ekipajının hər bir üzvünün vəzifəsi və ona dair nəzərdə tutulan məlumatların hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış, habelə hava gəmisinin ekipajının tərkibi dəyişdikdə, həmin məlumatlar dəyişiklik edildikdən sonra hər bir halda hava gəmisi yola düşənədək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 1 500, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir.

Dəyişiklik layihəsinə Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında baxılacaq.

Son xəbərlər
Digər xəbərlər