-1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda təyyarələrin yükdaşımalardan gəlirləri 2 dəfəyə yaxın azalıb

Azərbaycanın karqo təyyarələrinin yükdaşımalarının azalması onların gəlirlərinə xeyli təsir edib.

Banker.az-ın əldə etdiyi məlumata əsasən hava nəqliyyatı ilə 2023-cü ilin ilk yarımilində 166.8 min ton yük daşınıb. Bu 2022-ci ilin eyni dövründə 245.6 min ton idi. Bu da illik 32.1% azalmadır.

Bu azalma yükdaşıyan təyyarələrin gəlirlərinə böyük təsir edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, karqo aviaşirkətlərinin gəlirləri ilin ilk 6 ayı ərzində 980.24 milyon manat təşkil edib. Bu 2022-ci ilin eyni dövründə 1 milyard 893.68 milyon manat olduğunu nəzərə alsaq, gəlirlər illik müqayisədə 49.2% azalıb.

Hava nəqliyyatı ilə yükdaşımaların 164.4 min tonu beynəlxalq və 2.4 min tonu isə daxili reyslərlə həyata keçirilib. Gəlirlərin də 979.63 mln. manatı beynəlxalq və 0.61 mln. manatı isə daxili resylərlə həyata keçirilib.

Qeyd edək ki, hava nəqliyyatı ilə yük daşınması – hava nəqliyyatının təyyarə və vertolyotları ilə daxili və beynəlxalq əlaqə üzrə daşınan bütün yükləri, poçt və ödənişli baqajları əhatə edir.

Son xəbərlər
Digər xəbərlər