24 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda taksi xidməti bahalaşıb – Rəsmi

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
ucuzlaşma qarabaşaq yarmasının, çörəyin, unun, təzə balığın, sterilizə olunmuş üzlü
südün, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, əriyin,
gilasın, çiyələyin, bananın, xiyarın, pomidorun, bibərin, badımсanın, göy lobyanın,
sarımsağın, soğanın, kartofun, yerkökünün, mərcinin, bahalaşma isə əsasən yumru
düyünün, mal və qoyun ətinin, xamanın, zeytun yağının, limonun, kələmin, çuğundurun,
şəkər və şəkər tozunun, kola içkisinin, limonadın qiymətlərində müşahidə olunmuşdur.

Banker.az DSK-ya istinadən xəbər verir ki, digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2023-cü ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi
əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 110,3 faiz təşkil etmişdir.
İyun ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən
velosipedlərin, sabunların, şampunların, ucuzlaşma isə kəsilmiş taxtaların, yazı kağızlarının
və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq
məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2023-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri
indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 109,8 faiz təşkil
etmişdir. İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən
bahalaşma əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma və minik avtomobillərinin
mühərrik yağının dəyişdirilməsi xidmətlərinin qiymətlərində, ucuzlaşma isə respublikadan
kənara istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin
qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər