Azərbaycanda minik taksilərinin gəlirləriləri son bir ildə 2024-cü ildə isə gəlirlər 253,7 milyon manata yüksəlib, xərclər isə 108,2 milyon manata qədər artaraq rekord səviyyəyə çatıb.
Banker.az xəbər verir ki, gəlirlər illik müqayisədə 10 faiz artarkən, xərclər daha çox 17% artıb. Bu da taksilərin zərərlilik əmsalının 40 faizdən 43 faizə yüksəlməsinə gətirib çıxarıb. Yəni hər 1 manatlıq gəlir qarşılığındakı xərcləri 40 qəpikdən 43 qəpiyə qalxıb. Taksilər ötən il 145.5 mln. manat ümumi mənfəət əldə ediblər.
2020-ci ildə əmsal 40,4 faiz, 2021-ci ildə 36,6 faiz, 2022-ci ildə 31,9 faiz, 2023-cü ildə isə 40 faiz idi. Yəni, 2022-ci ildə ən aşağı səviyyəyə enmiş zərərlilik göstəricisi sonrakı illərdə yüksəlməyə başlayıb.
Dövlət Statistika Komitəsinə görə, sərnişin sayı isə 90,8 milyon nəfərə düşüb. Öncəki ildə sərnişin sayı 94.12 mln. nəfər olub.
2020-ci ildə taksilərin ümumi gəliri 133,6 milyon manat təşkil edib, xərc isə 54,0 milyon manat olub. Bu dövrdə daşınan sərnişinlərin sayı 44,9 milyon nəfər idi. 2021-ci ildə həm gəlir (157,7 milyon manat), həm də sərnişin sayı (86,9 milyon nəfər) kəskin artıb. Lakin 2022-ci ildə sərnişin daşımalarında azalma (83,8 milyon nəfər) qeydə alınsa da, gəlirlər 223,7 milyon manata yüksəlib.
2023-cü ildə sektorun gəliri 231,4 milyon manata, xərcləri isə 92,7 milyon manata çatıb. Sərnişin daşımaları 94,1 milyon nəfərə qədər artıb.
Son bir ildə Azərbaycanda taksi sektoruna ciddi qaydalar gətirilib. 2024-dən etibarən lisenziyasız fəaliyyətə qarşı cərimələr tətbiq olunub, operatorlar üçün 3 000 manat rüsum müəyyən edilib, avtomobillər isə ən az Euro-5 standartına uyğun, 8 ildən köhnə olmamalı və 15 ildən yaşlı maşınların istifadəsi qadağan edilib. Bundan başqa, taksilərin ağ və ya qırmızı rəngdə olması, damalı nişan, “TAXI” işarəsi, video kamera və sərnişin üçün indikator cihazı ilə təchiz edilməsi tələb olunur.