16 C
Baku
Friday, April 19, 2024

Azərbaycanda taksiyə minənlər 23% azalıb, avtobusa minənlər isə 22% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 420.2 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,4% artım qeydə alınıb. Sərnişinlərin 94.8%-i avtobus, 5.2%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 19.1% artıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.

Hesabata əsasən, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 63.5 mln. nəfər olub.

Hava nəqliyyatı ilə 463.7 min və ya 2.6 dəfə çox sərnişin daşınıb. Bildirilir ki, daşımaların 99.8%-i dövlət, 0.2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Qeyd edək ki, ötən illə müqayisədə avtobus sərnişinlərinin sayı 21.9% artıb, taksidən istifadə edənlərin sayı isə 22.9% azalıb.

Son xəbərlər
Digər xəbərlər