Azərbaycanda taksidən istifadə edənlərin sayı azalıb. Avtobusdan istifadə edənlərin sayı isə, əskinə, artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabata istinadən xəbər verir.
Belə ki, bu ilin yanvar-mart aylarında taksi istifadəçilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.4% azalaraq 14 826.4 min nəfər olub. Avtobus istifadəçiləri isə illik müqayisədə 21.1% artaraq 283 307.6 min nəfərə çatıb.