16 C
Baku
Thursday, May 2, 2024

Azərbaycanda taksiyə minənlər azalıb, avtobusa və metroya minənlər isə artıb

2023-cü ilin yanvar-may aylarında nəqliyyatçılar 742.8 milyon sərnişinə xidmət göstərmişlər.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Sərnişinlərin 87.1 faizi avtomobil nəqliyyatı, 12.4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 12.4 faiz artaraq 91,8 milyon nəfər, avtomobildən istifadə edənlərin sayı 19.8% artaraq 647.4 milyon nəfər, avtobusdan istifadə edənlərin sayı 21.1% artaraq 618.7 milyon nəfər, taksidən istifadə edənlərin sayı isə 2.7% azalaraq 28.7 milyon nəfər olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər