Bu ilin yanvar-may aylarında avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı illik müqayisədə 21.3% artaraq 540 mln. 376.4 minə çatıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
DSK-nın hesabatına əsasən, avtobusla sərnişin daşınması 25.2% artıb, taksi ilə isə əksinə, 21.4% azalıb. Bu nəqliyyat növləri ilə daşınan sərnişin sayı müvafiq olaraq 510 mln. 905.3 min və 29 mln. 471.1 min olub.