Azərbaycanda xarici ölkələrdən məhsul daşımasını həyata keçirən şirkət “STAREX ” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri dəyişib.
Banker.az xəbər verir ki, karqo şirkətinə bundan sonra Cavid Niftəliyev rəhbərlik edəcək.
Baxmayaraq ki, 2021-ci ilin yanvarında Rafiq Vəliyev (bəzən soyadı Hunaltay kimi də təqdim edilir) şirkətə rəhbər təyin edildiyi açıqlandı, onun adı rəsmi olaraq dövlət orqanı tərəfindən qanuni təmsilçi kimi göstərilmədi. Buna qədər isə şirkətin rəsmi olaraq qanuni təmsilçisi kimi indiyə qədər direktoru olan Murad Seyidov Məhərrəm oğlu idi.
“Starex” 2018-ci ilin oktyabrında dövlət qeydiyyatına alınıb. Karqo şirkət hazırda Türkiyə və ABŞ-dan sifariş verilən məhsulların daşınması ilə məşğuldur.