12 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda tariflər iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılacaq

Bu, dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə ediləcək

Azərbaycanda dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflər (qiymətlər) iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılacaq.Bu barədə məlumat Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində öz əksini tapıb.

Sənəddə 2016-2019-cu illərdə mallar (işlər, xidmətlər) üzrə dövlət tərəfindən tarif (qiymət) tənzimlənməsi siyasətinin əsas istiqamətləri və prioritetləri açıqlanıb.

Büdcə zərfində qeyd olunub ki, tariflərin (qiymətlərin) dövlət tənzimlənməsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, tariflərinə (qiymətlərinə) dövlət tənzimlənməsi tətbiq olunan sahələrin liberallaşması, dövlət orqanları tərəfindən pullu və gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, bu xidmətlərin maliyyələşməsi ilə bağlı mövcud problemlərin aradan qaldırılması üçün təşkilatı-hüquqi və maliyyə tədbirlərinin həyata keçirilməsi, tarifləri (qiymətlər) tənzimlənən mallar (işlər, xidmətlər) üzrə monitorinq prinsiplərinin və tənzimləmə sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin müəyyən edilməsi, Tarif (qiymət) Şurasının maddi-texniki və təşkilati-hüquqi bazasının təkmilləşdirilməsi, tariflərin (qiymətlərin) tənzimlənməsi strategiyasının, sahəvi tənzimləmə metodologiyasının, avtomatlaşdırılmış məlumat informasiya bazasının yaradılması əsas prioritetlərdən olacaq.

APA

Son xəbərlər
Digər xəbərlər