Azərbaycanda istifadə olunan əsas materiallardan biri taxtanın qiyməti son ayda daha 3% bahalaşaraq tarixi maksimuma yüksəlib.
Banker.az xəbər verir ki, kəsilmiş taxtanın hər m3-nun qiyməti 435.43 manat olmuşdur.
İlin əvvəli ilə müqayisədə isə taxtanın hər kb metrinin qiyməti 31.5% bahalaşmışdır.
Ağac-yonqar lövhənin hər kvadrat metri 1.3% ilə 10.67 manata, ağac-lifli lövhənin isə 0.8% ilə 12.02 manata qədər yüksəlmişdir. Parketin qiyməti son ayda 0.2% artımla 22.78 manata, laminant parketin qiyməti 0.6% artımla 15.64 manata yüksəlmişdir. Rəsmi statistik rəqəmlər bunu deyir.
Sementin qiyməti son ayda 0.2% bahalaşma ilə hər 50 kiloqramlıq kisənin qiyməti 8.35 manata yüksəlib.
Qiymətlər aşağıdakı kimidir: