Bu il Azərbaycanda TDT-nin qeyri-rəsmi Zirvə toplantısı keçiriləcək.
Bu barədə Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbulu zamanı deyilib.
Görüşdə təşkilatın bundan sonra da inkişafının, əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcək yeni layihələrlə çıxış etməsinin vacibliyi diqqətə çatdırılıb.