Azərbaycanda oktyabr ayında televizorların qiyməti bahalaşıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bütün qiymətlər orta ölçüdə götürülür.
Məlumata görə, oktyabr ayında 1 ədəd televizorun orta qiyməti 824.17 manatdan 839.61 manata qalxıb. Beləliklə, aylıq 15.44 manat və ya 2% bahalaşma olub.
Ötən ilin eyni dövründə televizorun qiyməti 721.57 manat olub. İllik müqayisədə qiymət artımı 118.04 manat və ya 16.4%-dir.