13 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanda “Tesla” avtomobillərinin sayı açıqlanıb

Azərbaycanda 1 yanvar 2023-cü il tarixinə yalnız elektriklə çalışan “Tesla” avtomobillərinin sayı məlum olub.

Banker.az xəbər verir ki, bu barədə ölkə üzrə açıqlanan minik avtomobillərinin markaları üzrə sayında bildirilir. (siyahı)

Həmin tarixə Azərbaycanda 99 ədəd “Tesla” var.

“Tesla” avtomobillər “Tesla, Inc.” Şirkəti və ya Tesla Motors tərəfindən istehsal edilir. Şirkətin ən məhsuldar modelləri “Model 3”, “Model S” və “Tesla Semi”dir.

2022-ci ildə “Tesla, Inc.” Şirkəti 1 369 611 ədəd avtomobil istehsal edib.

Azərbaycanın Dövlət Gömrük Komitəsi 2020-ci ildən bu avtomobillərin idxalı üzrə rəsmi statistika təqdim edir. 2020-ci ildə 167, 2021-ci ildə 160 və 2022-ci ildə xaricdən 486 elektromobil idxal edib.

2023-cü ilin ilk 4 ayı öncəki 12 ayı da üstələyib. Bu il ölkəyə 568 “e-car” idxal edilib.

Xatırladaq ki, son üç ildə Ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu sıfır faizə endirilib.

 

 

Son xəbərlər
Digər xəbərlər