Koronavirusun İranda yayılmasından və insan tələfatı ilə nəticələnməsindən sonra Azərbaycanda tibbi maska qıtlığı yaranıb.
Banker.az bildirir ki, bunu “BakuPost” adlı mənbə iddia edir.
Mənbə deyir ki, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. 10 qəpiklik maskaların qiyməti isə 30-40 qəpik olub.
Məlumata görə, bəzi apteklərdə hər alıcı üçün limit tətbiq olunur. Bir alıcıya maksimum 4-5 ədəd maska satılır. Bəzi məktəblərdə ibtidai sinif şagirlərinə maska almaları, ictimai yerlərdə və nəqliyyat vasitələrində maskalardan istifadə etmələri tapşırılıb. Bu da tibbi maskaya olan təlabatı daha da artırıb.
Yaranan qıtlıqla bağlı bir çox sosial şəbəkə istifadəçiləri Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara çağırış ediblər. Onlar yaranan qıtlığın aradan qaldırılmasını və süni qiymət artımının qarşısını alınmasını tələb edirlər.