13 C
Baku
Wednesday, November 20, 2024

Azərbaycanda tibbi xidmətlər bahalaşıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksinə əsasən cari ilin iyun ayında tibbi xidmətlər əvvəlki ilin eyni ayı ilə müqayisədə 8.7% bahalaşıb.

Banker.az-ın rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, bu müddətdə stomatoloji xidmətlərdə 11.5%, xəstəxana xidmətlərində 7.9% artım qeydə alınıb.

Cari ilin yanvar-iyun ayının əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə tibbi xidmətlərdə 8.7%, stomatoloji xidmətlərdə 10.6%, xəstəxana xidmətlərində 6.2% bahalaşma olub. Qeyd edək ki, əvvəlki ildə isə bu xidmətlərdə müvafiq olaraq illik 3.9%, 4.6% və 1.4% bahalaşma qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər