19 C
Baku
Tuesday, September 2, 2025

Azərbaycanda tikinti icazələrinin vaxtı və xərcləri sorğu əsasında müəyyən ediləcək

Azərbaycanda tikinti və istismar icazələrinin verilməsi prosesində səmərəliliyin yüksəldilməsi istiqamətində yeni addımlar atılır.

Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.

Belə ki, Elektron Tikinti Portalında canlı çat və elektron bildiriş funksiyalarının tətbiqi üçün texniki və institusional imkanlar qiymətləndiriləcək, maliyyələşmə ehtiyacları müəyyən ediləcək və təkliflər hazırlanaraq Komissiyaya təqdim olunacaq.

Həmçinin, rəy və texniki şərtlərin alınması ilə bağlı mövcud problemlərin araşdırılması və həlli nəzərdə tutulur. Müvafiq qurumların rəy və texniki şərtləri qanunvericilikdə göstərilən müddətlərdə təqdim etməsi nəzarətdə saxlanılacaq, bu proseslə bağlı rüblük məlumat hazırlanaraq işçi qrupun iclaslarında müzakirəyə çıxarılacaq.

Bundan başqa, sahibkarlar arasında tikinti və istismar icazələrinin verilməsi üçün tələb olunan vaxt və xərclərin qiymətləndirilməsi məqsədilə sorğu keçiriləcək. Sorğunun nəticələri təhlil olunacaq və əldə edilən göstəricilər əsasında müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər