-1 C
Baku
Friday, February 21, 2025

Azərbaycanda tikinti materialları istehsalçılarının vergilərlə bağlı təklifləri müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində tikinti metarialları istehsalçılarının vergilərlə bağlı təklifləri müzakirə edilib.

Banker.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin nümayəndələri “Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası” İctimai Birliyi ilə görüş keçirib. Görüşdə müvafiq sahədə fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təklifləri dinlənilib, müzakirələr aparılıb.

Dövlət – biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davamlı olacağı iştirakçıların diqqətinə çatdırılıb.

Son xəbərlər
Digər xəbərlər