Azərbaycanda tikinti məhsulları istehsalçısı “Mərmər İnşaat” ASC 2025-ci ilin yanvar-iyun aylarını 608 min manat zərərlə başa vurub. Halbuki, ASC 2024-cü ili 10 milyon 254 min manat xalis mənfəətlə başa vurmuşdu.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
30 iyun 2025-ci il tarixinə “Mərmər İnşaat” ASC-nin gəlirləri 17 milyon 55 min manat, maya dəyəri xərcləri 12 milyon 791 min manat təşkil edib.
Hesabat dövründə şirkətin cəmi aktivləri 66 milyon 438 min manat, cəmi öhdəlikləri 47 milyon 912 min manat, cəmi kapitalı isə 18 milyon 526 min manat olub.
Xatırladaq ki, “Mərmər İnşaat” ASC 2017-ci ildə MMC kimi təsis edilib, 2023-cü ildə qapalı səhmdar cəmiyyətinə, 2024-cü ildən isə açıq səhmdar cəmiyyətinə çevrilib. Şirkətin səhmləri 100%-i Hürzat Axundova Adil qızına məxsusdur. 2024-cü ilin sonuna olan məlumata görə 437 əməkdaşı var.