Azərbaycanda tikinti məhsulları istehsalçısı “Mərmər İnşaat” ASC 2024-cü ili 10 milyon 254 min manata yaxın xalis mənfəət əldə edib. 2023-cü ildə şirkətin mənfəəti 13 milyon 606 min manat olub ki, bu da illik müqayisədə 25% azalma deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Mərmər İnşaat” ASC-nin gəlirləri 75 milyon 590 min manat (əvvəlki ilə nisbətən 11% az), maya dəyəri xərcləri 58 milyon 738 min manat təşkil edib.
Hesabat dövründə şirkətin cəmi aktivləri 63 milyon 388 min manat, cəmi öhdəlikləri 44 milyon 254 min manat, cəmi kapitalı isə 19 milyon 134 min manat olub.
Xatırladaq ki, “Mərmər İnşaat” ASC 2017-ci ildə MMC kimi təsis edilib, 2023-cü ildə qapalı səhmdar cəmiyyətinə, 2024-cü ildən isə açıq səhmdar cəmiyyətinə çevrilib. Şirkətin səhmləri 100%-i Hürzat Axundova Adil qızına məxsusdur. 2024-cü ilin sonuna olan məlumata görə 437 əməkdaşı var.