22 C
Baku
Friday, September 20, 2024

Azərbaycanda tikinti materialları satan şirkət ₼85 mln. gəlir, ₼13 mln. xalis mənfəət əldə edib

Azərbaycanda tikinti məhsulları istehsalçısı “Mərmər İnşaat” ASC 2023-cü ili 12.75 milyon manata yaxın xalis mənfəət əldə edib. Halbuki, 2022-ci ildə şirkətin xalis mənfəəti 2.6 mln. manat idi və son ildə 5 dəfə çox xalis mənfəət əldə edib.

Banker.az şirkətin audit hesabatına istinadən xəbər verir ki, tikinti məhsulları satışını həyata keçirən bu şirkət keçən il ərzində 84.99 milyon manat gəlir əldə etməklə 2022-ci ildəki rəqəmi 2.5 dəfədən çox üstələyib. 2022-ci ildə onun gəlirləri cəmi 33.31 mln. manat idi.

Şirkətin satışlarının maya dəyəri 61.73 milyon manat olub ki, bu da 23.26 mln. manat ümumi mənfəətdir.

Keçən ilin xalis mənfəətindən sonra onun balansındakı bölüşdürülməmiş mənfəət 12.65 mln. manata yüksəlib. Ümumuilikdə 1.5 mln. manat nizamnamə kapitalı var və xalis aktivlərin həcmi 14.15 mln. manat üzərindədir.

Şirkət keçən il səhmdara 1 mln. manat dividend ayırıb.

Xatırladaq ki, “Mərmər İnşaat” ASC 2017-ci ildə MMC kimi təsis edilib, 2023-cü ildə qapalı səhmdar cəmiyyətinə, 2024-cü ildən isə açıq səhmdar cəmiyyətinə çevrilib. Şirkətin 1.5 mln. manatlıq səhmləri 100%-i Hürzat Axundova Adil qızına məxsusdur. 2023-cü ilin sonuna olan məlumata görə 375 əməkdaşı var.

Son xəbərlər
Digər xəbərlər