2020-ci ilin yanvar-sentyabr ayları ərzinə tikinti materiallarının istehsalının ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 26% azalaraq 576.3 milyon manata enib
Banker.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, hesabat dövründə, tikinti materiallarının istehsalından tikinti gipsinin istehsalı 79%, tikinti kərpicinin istehsalı 24% artıb.
Bunun əksinə sementin istehsalı 0.6%, tikinti əhənginin istehsalı 31%, asvaltın istehsalı 49%, sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәrinin istehsalı isә 46 faiz azalmışdır.