Ötən il tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 718.9 milyon manat olub.
Banker.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 0.1 faiz azalma deməkdir.
Belə ki, tikinti gipsinin istehsalı 64.6%, tikinti kərpicinin istehsalı 10.5%, sementin istehsalı 7.5 faiz, tikinti əhənginin istehsalı 23.1 faiz, asfaltın istehsalı isə 57.8% azalmışdır.